funksional sınaq

ру функциональные испытания en functional test de Funktionsprüfung fr test fonctionnel es ensayo funcional it prova funzionale
ftorid qarışığı
Furye ədədi
OBASTAN VİKİ
Funksional
Əgər müəyyən S {\displaystyle S} funksiyalar çoxluğundan götürülmüş hər bir φ {\displaystyle \varphi } funksiyasına müəyyən bir F ( φ ) {\displaystyle F(\varphi )} ədədi qarşı qoyulursa, onda S {\displaystyle S} çoxluğunda F {\displaystyle F} funksionalı təyin edilmişdir. Başqa sözlə funksional qiymətləri ədədlərdən ibarət olan və funksiyalar çoxluğunda təyin olunmuş funksiyadır. Məsələn, [ 0 ; 1 ] {\displaystyle [0;1]} parçasında təyin olunmuş kəsilməz funksiyalar sinfində F ( φ ) = φ 2 ( 0 ) {\displaystyle F(\varphi )=\varphi ^{2}(0)} qaydası ilə təyin edilmiş funksiya funksionaldır. Xətti funksional adlanan, yəni F ( a 1 φ 1 + a 2 φ 2 ) = a 1 F ( φ 1 ) + a 2 F ( φ 2 ) {\displaystyle F(a_{1}\varphi _{1}+a_{2}\varphi _{2})=a_{1}F(\varphi _{1})+a_{2}F(\varphi _{2})} şərtini ödəyən funksional riyaziyyatda xüsusi əhəmiyyətə malikdir (burada a 1 , a 2 {\displaystyle a_{1},a_{2}} ədədlər, φ 1 , φ 2 ∈ S {\displaystyle \varphi _{1},\varphi _{2}\in S} ). Xətti funksionalın təyin oblastı hökmən xətti fəza olmalıdır.
Sınaq
Test (ing. test sözündən) — yoxlama, sınaq, imtahan. Test məhdud zaman kəsiyində, müəyyən olunmuş məkanda, bərabər şəraitdə, vahid texniki təlimat və metodik göstərişlər çərçivəsində, çətinlik dərəcəsi getdikcə artırılan, keyfiyyətli, effektiv yoxlama-ölçmə materialları ilə təchiz olunmuş test tapşırıqları toplusuna məxsus sualların uyğun şəkildə cavablandırılması, qiymətləndirilməsi, nəticə çıxarılması, son nəticələrin statistik emalı, müqayisəli analizi və elmi-statistik təhlili prosesidir. Test vasitəsilə pedaqoji, psixoloji, sosioloji, tibbi, fizioloji, texniki, intellektual, fiziki və s. baxımdan hər hansı şəxsiyyətin və ya bir qrup şəxsin, komandanın müəyyən istiqamətdə və ya hərtərəfli inkişafı keyfiyyətləri və xüsusiyyətləri özəl olaraq aşkar olunur. Test sualları birqiymətli şəkildə düzgün, səhv və ya buraxılmış şəklində cavablandırılır. Tapşırıqların test formasında verilməsi üçün müəyyən tələblərə riayət edilməlidir: texniki təlimatların və metodiki göstərişlərin sınaq iştirakçıları üçün eyni olması, test tapşırığının məzmun və formasına uyğun təlimatların adekvatlığı, məntiqi ifadə tərzinin aydın, anlaşıqlı və lakonik şəkildə olması, test elementlərinin düzgün formada yerləşdirilməsi, test tapşırıqlarının fasetliyi, cavabların yerləşdirilməsi üçün cavab kartlarının hazırlanması, qəbul edilmiş forma çərçivəsində qiymətləndirmənin bircinsliyi. Testologiya – test sistemləri nəzəriyyəsi və praktikası haqqında elmdir. Testoloq – test sistemləri nəzəriyyəsinə bələd olan, müəyyən praktiki təcrübə keçmiş, müvafiq sertifikasiyaya malik pedaqoji diplomlu mütəxəssisdir. Test Bankı – Müxtəlif müəlliflər tərəfindən hazırlanmış, müəyyən məqsədlər üçün istifadə olunmuş, aprobasiyadan keçmiş, spesifik özəlliklərlə zənginləşdirilmiş, nizamlı şəkildə sistemləşdirilmiş test tapşırıqları və testlər toplusudur.
Funksional klavişlər
Funksional klavişlər (ing. function keys) — F1, F2, F3 və s. kimi nişanlanmış və klaviaturanın sol və ya yuxarı qırağı boyunca yerləşdirilmiş on və ya daha artıq sayda klaviş dəsti; bu klavişlər ayrı-ayrı proqramlarda xüsusi əməliyyatların yerinə yetirilməsi üçün istifadə olunur. Funksional klaviş, mahiyyətcə, "qiyməti proqram" və ya bəzi hallarda istifadəçi tərəfindən müəyyənləşdirilən “proqramlaşdırılan” klavişdir. Yəni, proqramçı tərəfindən klavişə (düyməyə) xüsusi proqram tətbiq edilir. Funksional klaviş tətbiqi proqram və ya əməliyyat sistemi tərəfindən tez-tez rast gəlinən komandalar ardıcıllığını tez çağırmaq, ya da başqa bir yolla erişilməyən funksiyaya müraciət etmək üçün istifadə olunur. Belə ki, funksional klaviş (tək və ya digər klavişlərlə, məsələn, Control və ya Alt ilə kombinasiyada) verilmiş proqramın ekran arayışını çağıra bilər, kursorun yerini dəyişə bilər, xüsusi rejimi aktivləşdirə bilər və s. F1 – Kömək pəncərəsinin açılması F2 – Qovluğun və ya faylın adının dəyişdirilməsi F3 – Cari qovluğda və ya Windows ƏS-də axtarış panelin açılması F4 – Aktiv pəncərənin bağlanması F5 – Qovluğun və ya faylın məzmunun yenilənməsi F6 – Kursorun brauzerin adres sətirinə yerləşdirilməsi F7 – Mətnin yoxlanışı F8 – Windows ƏS yoxlanılan zaman yükləmə rejiminə icazə F9 – Word sənədinin yenilənməsi F10 – Pəncərənin menyusunun çağırışı F11 – Tam ekranlı rejimə keçid F12 isə Word proqramında yaddaşa vermək komandası üçündür.
Funksional tənlik
Funksional tənlik — məchulu funksiya olan tənlik. Axtarılan funksiya müəyyən əməliyyatlarla (mürəkkəb funksiyanın əmələ gəlməsi əməliyyatları ilə) verilən məlum funksiyalarla bağlı olur. Adətən, axtarılan funksiyanın aid olduğu funksiyalar sinfi göstərilir. Məsələn, f ( x + y ) = f ( x ) + f ( y ) {\displaystyle f(x+y)=f(x)+f(y)} . Burada f {\displaystyle f} axtarılan funksiyadır. Bu funksional tənliyin həlli f ( x ) = α x {\displaystyle f(x)=\alpha x} funksiyasıdır(əgər tənliyin həlli kəsilməz funksiyalar sinfinə aiddirsə). f ( x y ) = f ( x ) + f ( y ) {\displaystyle f(xy)=f(x)+f(y)} və f ( x + y ) = f ( x ) ⋅ f ( y ) {\displaystyle f(x+y)=f(x)\centerdot f(y)} tənliklərinin kəsilməz həlləri, uyğun olaraq, y = l n x {\displaystyle y=lnx} və y = e x {\displaystyle y=e^{x}} funksiyalarıdır. Tək və cüt funksiyaların, dövri funksiyaların tərifləri funksional tənliklər vasitəsilə verilir.
Funksional əlaqələr
Hidrometeoroloji hadisə və proseslər çoxsaylı amillərin təsiri altında formalaşır. Bu hadisə və prosesləri öyrəndikdə, onlarla müxtəlif amillər arasındakı əlaqələr təhlil olunur. Ararılan tədqiqatlar iki tip məsləni həll etməyi imkan verir: Funksional əlaqələr Staxastik əlaqələr Birinci tip məsələ, hidrometeoroloji hadisə və ona təsir edən amillərin ərazi üzrə və zamana görə dəyişmə səbəblərinin müəyyən edilməsi ilə əlaqədardır İkinci tip məsələ isə, baxılan və ya prosesin inkişaf tendensiyası və ya onların konkret kəmiyyət göstəricisinin təyini ilə bağlıdır. Y və X təsadüfi kəmiyyətlər arasındakı əlaqələr və onların sıxlığından asılı olaraq iki qrupa bölünür: funksional və Staxastik əlaqələr. Funksional asılıqlarda perdiktorun, x, hər bir qiymətinə, predikdiktantın, y, yalnız bir qiyməti uyğun olur, yəni bütün müşahidə nöqtələri əlaqə xətti üzərində yerləşir.
Funksional maliyyə
Funksional maliyyə — səmərəli tələb və çartalizm prinsiplərinə əsaslanan Abba Lerner tərəfindən irəli sürülmüş iqtisadi nəzəriyyə. Bu nəzəriyyə hökumətin biznes dövriyyəsini ram etmək, tam məşğulluğa nail olmaq, artımı və aşağı inflyasiyanı təmin etmək kimi açıq məqsədlərə nail olmaq üçün özünü maliyyələşdirməli olduğunu bildirir. Funksional maliyyənin əsas ideyaları aşağıdakı kimi ümumiləşdirilə bilər: Hökumətlər milli və qlobal iqtisadiyyata müdaxilə etməlidir; bu iqtisadiyyatlar özünü tənzimləyən deyil. Dövlətin əsas iqtisadi məqsədi firavan iqtisadiyyatı təmin etmək olmalıdır. Pul dövlətin yaradılmasıdır; onları idarə etmək lazımdır. Fiskal siyasət iqtisadiyyatın inkişafına yönəlməli, büdcə də buna uyğun idarə olunmalıdır, yəni "gəlir və xərclər balansı" vacib deyil; Rifah vacibdir. Dövlət xərclərinin məbləği və sürəti istənilən fəaliyyət səviyyəsinə uyğunlaşdırılmalı, vergilər gəlirləri artırmaqdansa, iqtisadi təsir üçün tutulmalıdır. "Ağlabatan maliyyələşdirmə" prinsipləri fiziki şəxslərə şamil edilir. Onlar fərdlər, ev təsərrüfatları, bizneslər və qeyri-suveren hökumətlər (ABŞ şəhərləri və ştatları kimi) üçün məna kəsb edir, lakin pul buraxmağa qadir olan suveren hökumətlərə şamil edilmir. Lerner, hökumətin fiskal siyasətinin üç qayda ilə idarə edilməli olduğunu irəli sürdü: Hökumət hər zaman tələbin ağlabatan səviyyəsini saxlamalıdır.
Triniti (sınaq)
«Тriniti» (ing. Trinity) — Manhetten layihəsi çərçivəsində Nyu-Meksiko (ABŞ) ştatında Alamoqordo poliqonunda 16 iyul 1945-ci ildə dünyada ilk dəfə həyata keçirilən nüvə silahı texnologiyasının sınağı. Sınaq zamanı «Gadget» adlanan pluton bombası test edilirdi və onun partlayışı 21 kiloton trotilə ekvivalent idi. Bu partlayış nüvə əsrinin başlanğıcı hesab olunur. 9 avqust 1945 - ci ildə Naqasaki şəhərinə atılan «Gombul» bombası da bu tipdəndir. Nüvə silahının yaradılması ideyası Qərbdə 1930 - cu illərin sonunda iki səbəbdən ortaya çıxmışdır. İlk olaraq, 20 - ci əsrdə atom fizikasının inkişafı alimləri nüvənin bölünməsi ideyasına gətirib çıxardı. Digər tərəfdən, Avropada aqressiv, faşist fikirlərin yüksəlişi müşahidə olunurdu. ABŞ, Kanada və Britaniyanın rəhbərləri silahlanmanın daha da möhkəm yollarını arayırdılar və atom enerjisinin imkanları böyük ümidlər verirdi. Uzun çəkən və bahalı bir layihə olan Manhetten layihəsi 1945 - ci ildə Triniti sınağı və iki böyük partlayışla yekunlaşdı və yeni eranın əsası qoyuldu.
Sınaq (film, 1985)
Filmdə "Gənclərə geniş yol" şüarındakı mənalara toxunulmuşdur. Lakin heç də hər yerdə bu şüara əməl edilmir. Öz layihəsini qəbul etdirmək istəyən gənc memarın başına gələn əhvalat əks etdirilir. "Mozalan" Satirik Kinojurnalı № 41, 1-ci süjet Müəllif : Tahir Piriyev Rejissor : Əsgər Məmmədov Operator : Antonina Korotnitskaya Rəssamlar : Əsgər Məmmədov, Tahir Piriyev Səs operatoru : Kamal Seyidov Musiqilərindən istifadə edilən bəstəkar : Xəyyam Mirzəzadə ("Günlərin Bir Günündə..." cizgi filmindən) (titrlərdə yoxdur) Baş Redaktor : Eyvaz Borçalı YouTube Filmi izlə sayt YouTube Filmdə anonim məktubların doğurduğu nəticələr öz əksini tapır. "Mozalan" Satirik Kinojurnalı № 6, 1-ci süjet Müəllif : İntiqam Qasımzadə Rejissorlar : Nazim Məmmədov, Bəhmən Əliyev Quruluşçu rəssam : Kamil Nəcəfzadə Operator : Aleksandr Milov Səs operatoru : Ələkbər Həsənzadə Baş redaktor : Eyvaz Borçalı YouTube Filmi izlə sayt YouTube Filmdə alverçilik problemlərinə toxunulur. "Mozalan" Satirik Kinojurnalı № 96, 2-ci süjet Müəllif : M. Lipskerov Rejissor : Vahid Talıbov Rəssam : Elçin Axundov Operator : Ramiz Ağayev Səs operatoru : Akif Nuriyev Redaktor : Vidadi Paşayev Ramiz Əzizbəyli-Robot (titrlərdə yoxdur) Filmi izlə sayt YouTube Filmdə işə düzəlmək istəyən maralın əvvəl buynuzunu çıxarırlar, sonra qulaqlarını uzadırlar.
Sınaq Tısbağası (personaj)
Sınaq Tısbağası - Luis Kerrollun Alisa möcüzələr ölkəsində əsərinin qəhrəmanlarından biridir. Qrifonun həmkarıdır.
Labirintdə qaçış: Alovlu sınaq (film, 2015)
Labirintdə qaçış: Alovlu sınaq (həmçinin qısaca Alovlu sınaq kimi də tanınır) 2015-ci ildən kinoteatrlarda nümayiş olunan ABŞ istehsal olan distopik elmi-fantastik döyüş trilleridir. Ceyms Daşnerin “Labirintdə qaçış: Alovlu sınaq” adlı Labirint kitab seriyasının ikinci kitabından uyğunlaşdırılmış bu film həmçinin 2014-cü ildə çəkilmiş “Labirint qaçışçısı” filminin davamıdır və “Labirint” film seriyasının ikinci filmidir. Rejissoru Ues Ball olan filmin, ssenarisi T.S. Nowlin tərəfindən yazılmışdır və filmin əsas aktyor heyəti birinci filmdəki ilə eyni olsa da (Dylan O'Brien, Thomas Brodie-Sangster, Ki Hong Lee, Kaya Scodelario və Patricia Clarkson), Rosa Salazar, Jacob Lofland, Giancarlo Esposito, Aidan Gillen, Barry Pepper, Lili Taylor və Alan Tudyk bu filmin köməkçi aktyor heyətini təşkil edir. Tomas, Tereza, Minho və digər “qleyderlər” labirintin öhdəsindən gəlsələr də, arxayınlaşmamalıdırlar. Sağ qalmaq yarışını təşkil etmiş gizli təşkilat, yeniyetmələr üçün bu dəfə yeni, daha təhlükəli sınaqlar hazırlayıb. Bu səfər onlar ucsuz-bucaqsız səhraya düşüb, müalicəsi olmayan xəstəliyin qurbanları ilə görüşəcəklər. Çılğın xasiyyətə malik bu insanlar ipə-sapa yatmayan, olduqca təhlükəli davranışları ilə seçilir.